Şrift:
Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunub
19.07.2019 [10:06] - Köşə yazarları, Siyasət
Qazaxıstan prezidentinin Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi yeni vəzifəyə təyin edib.

Prezidentin fərmanı ilə Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

Xatırladaq ki, Beybit İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed