Şrift:
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
20.07.2019 [09:57] - Xəbərlər, İqtisadiyyat
Gürcüstan hökuməti turizm sektoru ilə bağlı yeni təkliflər planı hazırlayıb. On maddədən ibarət sənəddə Azərbaycan şirkətləri ilə əməkdaşlıq da nəzərdə tutulub.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.

Onun sözlərinə görə, təkliflər paketi Rusiyanın Gürcüstana birbaşa uçuşlara tətbiq etdiyi qadağaya cavab kimi tərtib olunub.

Nazir deyib ki, sənəddə Bakıdan Tbilisiyə “şatl” tipli avtobusların xəttə buraxılması təklifi yer alıb.

Onun sözlərinə görə, Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır və onlara Bakı-Tbilisi istiqamətində hərəkət edəcək “şatl” avtobuslarını aviabiletlərə inteqrasiya etmək təklif olunur.

Sənəddə, həmçinin çarter reyslərin subsidiyalaşdırılması, diplomatik korpusla iş, Gürcüstana məşhur simaların dəvət olunması, təbliğat kampaniyalarının gücləndirilməsi və digər istiqamətlər üzrə maddələr də öz əksini tapıb.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed