20.07.2019 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cümə axşamı günü “Azər Fədək” Şirkətinin işçiləri Şərqi Azəbaycan Valiliyinin binası qarşısında etiraz yığıncağı keçirib.
Çuval toxuma şirkətinin bütün işçiləri, o cümlədən fəhlələri şirkətin 350 işçinin ixtisar ediləcəyi barədə verdiyi qərara etiraz bildiriblər. Etirazçılar səlahiyyətli orqanları problemi aradan qaldırmaq üçün tədbir almağa çağırıb.
Şirkət fəhlələrinin nümayəndəsi “Təbriz mən” xəbər-təhlil agentliyinin müxbirinə bildirib ki, işçilərin ixtisar edilməsi ilə bağlı verilən qərarın əsas səbəbi şirkət üçün nəzərdə tutulan xammalın tam olaraq dövlət tərəfindən təmin olunmaması və istehsal müəssisəsinin tələblərinə məhəl qoyulmamasıdır.
O cari ilin “istehsalın inkişafı ili” adlandırılmasını xatırladaraq səlahiyyətli orqanlardan fəhlələrə yardım etmələrini tələb edib.
Məlumata görə, Şərqi Azərbaycan Valiliyinin siyasi məsələlər üzrə məsulu Məhəmmədzadə etiraz yığıncağının keçirildiyi yerə gələrək fəhlələrə bir mənalı olaraq dəstək veriləcəyini və istehsal müəssisəsinin tələblərinin təmin olunması üçün səlahiyyətli şəxslərlə danışıq aparılacağını deyib. Bundan əlavə, Şəbistər Şəhər İcra Hakimiyyəti başçısı da “Azər Fədək” Şirkətinin işçilərinin probleminin həlli üçün çalışacağına söz verib.

Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |