Şrift:
Rəsmi Londondan İrana xəbərdarlıq: “İran neft tankerimizi dərhal azad etməsə, bunun ona ciddi və ağır nəticələri olacaq”
20.07.2019 [11:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 19-da jurnalistlərə açıqlamasında bu ölkəyə məxsus “Stena İmpero” neft tankerinin körfəzdə “Sepah” qüvvələri tərəfindən saxlanılmasına kəskin reaksiya verib.

O bildirib ki, əgər İran Böyük Britaniyanın bayrağı altında üzən “Stena İmpero” neft tankerini dərhal azad etməsə, bu əməlinin ciddi nəticələri ilə üz-üzə qalacaq: “Biz taçm açıq şəkildə bildiririk ki, əgər yaranmış problem öz həllini tapmasa İran bunun sonrakı ciddi fəsadları və nəticələri ilə üz-üzə qalmalı olacaq. Biz hazırda hərbi seçim variantını nəzərdə tutmuruq. Bu problemin hansısa bir diplomatik yolla həll olunmasını araşdırırıq. Lakin bir daha açıq və şəffaf şəkildə deyirik ki, bu problem həll olunmalıdır.

Saxlanılan tankerin ekipaj üzvləri müxtəlif millətlərdəndir. Lakin güman edirik ki, saxlanılanlar arasında heç bir Britaniya vətəndaşı yoxdur. Hazırda bizim Tehrandakı səfirimiz İran Xarici İşlər Nazirliyi ilə problemin həlli istiqamətində danışıqlar aparır. Biz isə öz beynəlxalq tərəfdaşlarımızla yaxından əməkdaşlıq edirik. İranın neft tankerimizi saxlamaq üçün atdığı bu addımı qəbuledilməzdir. Hesab edirik ki, regionda gəmilərin sərbəst hərəkət etməsi və onunların təhlükəsizliyinin qorunması əhəmiyyətli dərəcədə önəmli məsələdir”.

Xatırladaq ki, İyulun 19-da “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən Britanıyaya məxsus 2 neft tankerini saxlayıb.

“Sepah” qayıqları bir helikopterin müşayiəti ilə Hörmüz Boğazının yaxınlığında Britaniya bayrağı altında hərəkət edən “Stena İmpero” tankerini təhdid etdikdən sonra, onu İran sahillərinə yönəldiblər. Tankerin saxlanmasından yarım saat sonra, “Sepah”çılar Liberiya bayrağı altında hərəkət edən Britaniyaya məxsus “Mesdar” adlı daha bir tankeri də eyni qaydada təhdid edərək, onu istiqamətini dəyişib İran sahillərinə doğru hərəkət etməyə vadar ediblər. Lakin “Mesdar” tankeri İran sahillərinə qədər yönləndirilsə də, az sonra Britaniyanın dənizçilik mənbələri onun azad edildiyi ilə bağlı yayılan xəbərləri təsdiq ediblər.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed