29.07.2019 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərində “Ərdəbilli Babaxan” meydanındakı lövhələr naməlum şəxslər tərəfindən təxrib edilib, Babaxanın adı lövhələrdən silinib.
Təxribatçıların bu hərəkəti azərbaycanlıların qəzəbinə səbəb olub, soydaşlarımız bunu Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı yönəlmiş antitürk hərəkət kimi qiymətləndirir.
Azərbaycanlılar sosial şəbəkələrdə qaralanmış lövhələrin şəkillərini yayaraq lövhələrinin yenidən bərpa olunması və meydanda “Ərdəbilli Babaxan”ın heykəlinin qoyulmasını tələb ediblər.
Babaxan Məşrutə inqilabının ən məşhur iştirakçılarından olub. O Çar Rusiyası ordusu və Azərbaycan düşmənlərinə qarşı Milli Sərdar Səttarxanla birgə çeyin-çiyinə mübarizə aparıb.
İran rejimi türklərin tarixi əsərlərini bilərəkdən sıradan çıxarır, yerinə fars tarixi, hətta irqçiliyi simvolizə edən əsərləri təbliğ edir.
Aprel ayında Ərdəbil Bələdiyyəsi tərəfindən parkların birində Azərbaycan milli rəqslərini əks etdirən fiqurlar quraşdırılmışdır, lakin iki gün sonra yerindən götürüldü. Ondan bir ay əvvəl isə Ərdəbilin Bələdiyyə İdarəsi türk dilində “Rasta unçu meydanı” adlanan yerin adını fars dilinə tərcümə edərək “Rasta ard meydanı” sözü ilə dəyişdirib.
Ötən qış aylarında fars irqçiliyinə dəlalət edən əhəmənilərə (həxaməneşilər) aid heykəllərin Ərdəbilin Bəsic meydanında quraşdırılması da soydaşlarımızın kəskin etirazına səbəb olmuşdur.
Azərbaycanlılar inanır ki, Ərdəbil Bələdiyyə idarəsi bütün bu işləri təhlükəsizlik orqanlarının təzyiqi ilə həyata keçirir.

Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |