Şrift:
Moskvada etiraz aksiyası zamanı 1000-dən çox adam saxlanılıb
30.07.2019 [09:34] - Gündəm, Siyasət
Ötən gün Rusiya paytaxtı Moskvanın mərkəzində keçirilən icazəsiz etiraz aksiyası zamanı 1000-dən çox adam polis tərəfindən saxlanılıb.

TASS- xəbər verir ki, bu barədə Moskva polisinin mətbuat xidməti məlumat yayıb.

"Paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb", - deyə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin nümayəndəsi bildirib.

Polisdən əlavə ediblər ki, araşdırmalardan sonra onlar barəsində qanuna müvafiq qərar qəbul ediləcək.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed