Şrift:
Bu il həcc ziyarətinə 1,8 milyon zəvvar gəlib
08.08.2019 [10:27] - Xəbərlər, İslam dini
Səudiyyə Ərəbistanının baş pasport-viza xidməti xarici ölkələrdən zəvvarların həcc ziyarətinə gəlməsi prosesinin başa çatdıgını bəyan edib.

Krallıgın baş pasport-viza xidmətinin baş direktoru Süleyman ibn Əbdül Əziz əl-Yahya mətbuata açıqlamasında bildirib ki, 2019-cu ildə həcc ziyarətinə xaricdən gələn zəvvarların sayı 1 838 339 nəfərə çatıb. Onun sözlərinə görə, zəvvarlardan 1 725 455 nəfəri hava, 95 634-ü avtomobil və 17 250-si dəniz yolu ilə ölkəyə daxil olub.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed