Şrift:
“Təzəpir”in imamı: Hər insanın qurban kəsməsi vacib deyil
12.08.2019 [10:46] - Xəbərlər, İslam dini
Hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil.

Bunu “Təzəpir” məscidinin imamı Mircəfər Eyyubov bayram namazından sonra deyib.

O bildirib ki, bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb:

“İnsanlar bayram namazından öncə ibadət ediblər. Onlara dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb”.

M.Eyyubov qeyd edib ki, Qurban bayramı Həcc ayinlərindən biri sayılır:

“Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumilikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil. İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların isə imkansız ailələrə verilməsi daha məqbul hesab edilir.

Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir”.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed