Şrift:
Təbriz Universiteti türk dili və ədəbiyyatı ixtisasına öyrənci qəbulunun müddətini uzadıb
21.08.2019 [14:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Universitetinin rəis müavini Babulla Həyati türk dili və ədəbiyyatı ixtisasına öyrənci qəbulu üçün elan olunan vaxtın uzadıldığını bildirib.



O hələlik dəqiq hansı tarixədək uzadıldığını bildirməsə də, bu barədə artıq qərar qəbul edildiyini deyib. Onun sözlərinə görə, bu il sözügedən ixtisasa 40 öyrənci qəbul olunacaq.



Universitet rəsmisi vurğulayıb ki, yayılan şayiələrə rəğmən Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası digər ixtisaslarla müqayisədə daha çox rəğbətlə qarşılanır.



“Bəziləri türk dili və ədəbiyyatı ixtisasına maraq olmadığı üçün bu ixtisasa öyrənci qəbul olunmur deyə şayiə yayır. Onlar dost kimi görünən düşmənlərdir. Ona görə ki, bu ixtisas böyük rəğbətlə qarşılanır və həmin ixtisasa daha çox öyrənci qəbul olunur.”- deyə Babulla Həyati anti-türk qüvvələrin yaydığı şayiələrlə bağlı deyib.



Qeyd etmək lazımdır ki, Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə birinci olaraq təhsil alanlar 2020-ci ilin sentyabr ayında məzun olacaqlar.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed