Şrift:
Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayı 2021-ci ildə Nur-Sultanda keçiriləcək
19.09.2019 [11:43] - İslam dini
Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayı 2021-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək.

Ölkə senatının sədri Dariqa Nazarbayevanın başçılığı ilə keçirilən konqres katibliyinin iclasında dünya və ənənəvi dinlərin liderlərinin növbəti görüşünün gündəliyi müəyyənləşdirilib.

Qeyd edək ki, Dariqa Nazarbayeva Dünya və Ənənəvi Dinlər Liderləri Konqresi katibliyinin rəhbəri kimi ilk iclası keçirir. Daha əvvəl bu vəzifəni Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokaev icra edirdi.

İclasda növbəti qurultayda mədəniyyət tədbirlərinin, sənət festivallarının təşkili məsələləri müzakirə olunub. Bundan başqa qurultayın himninin olması və əsas fikirləri əks etdirərək qazax dilində səslənməsi təklif edilib. İclasda “Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Qurultayı”nın 2021-ci il iyunun 16-20-də “Müasir dünyada dini liderlərin və icmaların sosial məsuliyyəti” mövzusu ilə keçiriləcəyi qərarlaşıb.

Konqres katibliyinin növbəti iclası 2020-ci il iyunun 3-də keçiriləcək.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed