Şrift:
Yisrael Katz: “Sabah baş verəcək savaşın qarşısını almaq üçün İran rejimini bu gün dayandırmaq lazımdır”
28.09.2019 [12:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin xarici işlər naziri Yisrael Katz sentyabrın 26-da BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edərək İran İslam Respublikasının region ölkələrinə qarşı təhdidindən və bölgədə baş verə biləcək müharibə təhlükəsindən danışıb.

O deyib ki, əgər dünya birliyi körfəz regionunda yeni bir savaşın baş verməsini istəmirsə, indidən çarə qılmalı, İran rejiminin regional təxribat xarakterli əməllərinin qarşısını almalıdır: “Əgər biz sabah regionda baş verə biləcək savaşın qarşısını almaq istəyiriksə, bu gündən hərəkətə keçməli, İran rejimini dayandırmalıyıq.

Mən üzümü İran rejiminin başçılarına tutub onların öz dilində (farscada) deyirəm: -Cücəni payızda sayarlar. Bu işin nəticəsi sonda bəlli olacaq” –deyə, İsrailin xarici işlər naziri Yisrael Katz əlavə edib.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed