Şrift:
Suriya dövlət televiziyasının yayımı dayandırıldı
07.09.2012 [16:20] - Gündəm
Misirin “Nil Sat” peykindən yayımlanan Suriyanın rəsmi televiziya yayımları dayandırılıb.Bu qərarın Ərəb Birliyinin məsləhətiylə qəbul olunduğu bildirilir. Ərəb Birliyinin nazirləri 19 iyulda Suriyanın rəsmi televiziyasının “Nil Sat”dan yayımının dayandırılmasını istəmişdi. Yayım çərşənbə günü dayandırılıb.

Suriyanın informasiya nazirliyi rəsmi xəbər agentliyini SANA-da verdiyi açıqlamada qərara öz etirazını bildirib. Nazirlik bu qərarın “Suriyanı hədəf alan qərar” kimi xarakterizə edib, müqavilələrin və etik (əxlaqi) qaydalarını pozulduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 955 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed