Şrift:
Ombudsman: "Azərbaycanda da uşaqlara qarşı zorakılıq halları var"
21.11.2019 [11:08] - Hüquq
"Azərbaycanda da uşaqlara qarşı zorakılıq halları var. Bunun səbəbləri də aydındır".
Bunu "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda konfransda İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova deyib.
Onun sözlərinə görə, səbəblərdən biri qaçqın ailələrində valideyn himayəsinin daha zəif olmasıdır: "Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Uşaqların zorakılığa məruz qalmasının əsas səbəbi çoxsaylı boşanmalardır. Təbii ki, belə ailələr arasında münaqişələr, kobud rəftar olur. Uşaqlar həm bunu görür, həm də şiddətə məruz qalırlar".

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed