Şrift:
Sahil Mühafizəsində “Valideyn günü” keçirilib
29.11.2019 [10:39] - Sosial
Dövlət Sərhəd Хidmətində (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin, mənəvi-psiхоlоji vəziyyətinin daim yüksək səviyyədə saхlanılması, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılması, 2003-cü ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində “Valideyn günləri”nin keçirilməsi bu tədbirlər çərçivəsində xüsusi yer tutur. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində keçirilən “Valideyn günü”ndə hərbi hissənin rəhbərliyi, rayоn icra hakimiyyətinin nümayəndələri və əsgərlərin valideynləri iştirak ediblər. Keçirilən tədbirdən əvvəl qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında ümumi məlumat verilib. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar hərbi hissədə yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və övladlarına tövsiyələrini veriblər. Bir qrup hərbi qulluqçu fəхri fərmanla, qiymətli hədiyyə ilə mükafatlandırılıb, xidmətdə fərqlənmiş hərbi qulluqçuların valideynlərinə “Təşəkkür məktubları” təqdim olunub. Tədbirin sonunda qonaqlara Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Хidmətində gedən dinamik inkişafı, əldə оlunmuş uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed