Şrift:
Miqrasiya orqanlarına qəbulla bağlı tеst imtаhаnı keçirilib
22.12.2019 [22:58] - Hüquq
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, DİM tərəfindən 21 dekabr 2019-cu il tarixində Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252 namizəd qeydiyyatdan keçib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 243 namizəd iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed