Şrift:
Azərbaycandan Gürcüstana ötən il səfər edənlərin sayı açıqlanıb
03.01.2020 [12:55] - Borçalı
Ötən il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 509 662 nəfər təşkil edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib. Hesabat ilində Azərbaycan qonşu ölkənin qəbul etdiyi əcnəbi ziyarətçilər arasında say baxımından birinci yeri tutub. İllik müqayisədə Gürcüstana yollanan azərbaycanlı ziyarətçilərin sayı 7,1% artıb.
Gürcüstana ən çox səfər edən əcnəbilər arasında ikinci yeri Rusiya (1 463 040 nəfər), üçüncü yeri isə Ermənistan (1 349 279) tutub. Gürcüstana üz tutan rusiyalı turistlərin sayında 4,7%, ermənistanlı turistlərin sayında isə 7,5% artım qeydə alınıb.
Bu il Gürcüstana səfər edən beynəlxalq ziyarətçilərin sayı tarixdə ilk dəfə olaraq 9 milyonu ötüb. 2019-cu ilin dekabrın 27-nə olan məlumata əsasən, qonşu ölkə 9,3 milyon nəfər ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 7,1% çoxdur. Turistlərin sayında da rekord göstərici qeydə alınıb. Gürcüstanı turist səfərləri üçün seçənlərin sayı 5 milyon nəfər təşkil edib. İllik müqayisədə artım 6,8%-ə barabər olub.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed