09.01.2020 [12:40] - Borçalı
#Soyadımıqaytar – “Salam” platforması Gürcüstanda yaşayan azərbaycanlı soyadlardan rus sonluğunun çıxarılmasını tələb edən yeni kampaniyaya başlayıb.
Məmmədov, Əliyev, Hacıyev, Süleymanov və başqa sonluqla bitən azərbaycanlı soyadlar rus soyadlarını xarakterizə edir. Azərbaycanlı soyadların isə tam fərqli sonluğu var.
Salam platformasının üzvlərindən biri Kamran Məmmədli bildirib ki, onların çoxsaylı tələbinə baxmayaraq Ədliyyə Evi gənclərə soyadlarının sonluğunu dəyişməyə rədd cavabı verir. Kamranın rəsmi soyadı Məmmədovdur, amma o, başqa gənclər kimi soyadının sonluğundan rus təsirinin yox olmasını və “ov”-un silinməsini istəyir.
“Gürcüstan qanunvericiliyi bu faktı nəzərə almır ki, məsələn mənim soyadım zamanında rus təsiri ilə Məmmədov olub, bunu dəyişmək üçün real olaraq imkanımız yoxdur ki, soyadımızı qaytaraq”, - Kamran Məmmədli deyir.
Salam platformasının üzvü eləcə də bildirib ki, əgər dövlət rus təsirindən azad olmağa cəhd edirsə o zaman bu istiqamətdə də çalışmalıdır və etnik azərbaycanlı vətəndaşlara soyadının sonluğunu dəyişməyə imkan yaratmalıdır. Platformanın üzvləri Facebookda artıq öz soyadlarını dəyişiblər. Əsgərli, Qocalı, Sadiq, Sadiqli, bu soyadlar bu gündən Facebookda rastlaşacağınız soyadların kiçik siyahısıdır.
“Salam platformasının kampaniyasına qoşuluram. Etiraz əlaməti olaraq Facebook-dan öz soyadımın rus sonluğunu silirəm. Təssüf ki, bu gün bunu rəsmi olaraq Ədliyyə Evində edə bilmirəm. Mənim soyadəm Sadiqlidir Sadiqova deyil”, - Facebook istifadəçilərindən biri Minə Sadiqli yazır. Kamran Məmmədli radio ilə söhbətində deyir ki, Ədliyyə Nazirliyindən təklif alıb ki, tarixçi tapsın və həmin tarixçi soyadların sonluğunu araşdırsın nəticədə isə soyadın dəyişdirilməsi ilə məhkəməyə müraciət etmək mümkün olacaqdı. Amma qeyd olunan məsələ Azərbaycanlı icması üçün yenə də problemlidir, çünki soyadını dəyişmək istəyən hər kəs fərdi şəkildə məhkəməyə müraciət etməli olacaq.
DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)

Bu xəbər oxucular tərəfindən 627 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |