13.01.2020 [11:59] - Borçalı
Bakıda Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Araşdırmalar Vəqfinin və “Soydaş” İctimai Birliyinin xətti ilə yayımlanmış “Ulu baban kim olub?” seriyasından III, IV və V kitablarının və hələ ilk nəşri 2005-ci ildə çap olunmuş Bolnis-Kəpənəkçi kəndinə aid kitabın ikinci nəşrinin təqdimatı keçirilib. Müəllifləri mərhum professor Valeh Hacılar və tarix üzrə elmlər doktoru Fəxri Valehoğlu olan kitablarda Gürcüstanın Bolnis rayonunun Faxralı, Arıxlı, Qoçulu, Saraçlı, İmirhasan, Hasanxocalı, Daşlıqullar, Kolayır, Bala Muğanlı, Molla-Əhmədli, Zol-Göyəc, Abdallı, Babakişilər, Dəmirli, Qaradaş və digər kəndlərinin, eləcə də Dmanis rayonunun Örmeşən və Qızılkilsə kəndlərinin XIX yüzilə aid kameral təsvirləri öz əksini tapır.
“Ulu baban kim olub?” seriyasından ilk kitab 2005, II kitab isə 2006-cı illərdə çap olunmuş və müvafiq olaraq Borçalının Bolnis-Kəpənəkçi və Darvaz kəndlərinin XIX əsr kameral siyahılarını əhatə etmişdir. Tədbirdə ölkənin nüfuzlu şəxsləri, xeyriyyəçilər, tanınmış elm adamları, “Soydaş” İctimai Birliyinin təsisçiləri və İdarə heyətinin üzvləri iştirak ediblər.
Təqdimat mərasimində “Soydaş” İctimai Birliyinin sədri Kamran Ramazanlı çıxış edərək kitablara olan yüksək diqqət və maraqdan dolayı qonaqlara və bu əvəzsiz kitabları oxuculara, ictimaiyyətə təqdim edən tarix üzrə elmlər doktoru Fəxri Valehoğluna təşəkkür edib. Çıxış edənlər, iqtisad elmləri namizədi Eldar Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Samioğlu, texnika elmləri namizədi Əmirxan Babaşov, Beynəlxalq münasibətlərin araşdırmaları mərkəzinin şöbə müdiri Fuad Çıraqov, Prezident kitabxanasının şöbə müdiri tarixçi alim Nazim Mustafa, 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Uğurlu Şərifov, 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Elnur Mustafayev və digər natiqlər “Ulu baban kim olub?” kitablarının bu günkü və gələcək nəsil üçün xüsusi əyəmiyyətini vurğulayaraq müəllifə və tədbir təşkilatçılarına xüsusi təşəşəkkürlərini bildiriblər.

Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |