Şrift:
Yormuğanlıdan olan 20 Yanvar şəhidinin xatirəsi anılıb
19.01.2020 [13:26] - Borçalı
Gürcüstanın Saqareco rayonun Yormuğanlı kəndindən olan 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun xatirəsi anılıb. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, şəhidin yaxınları, ziyalılar və səfirlik əməkdaşları kənddəki 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Abidənin önünə gül dəstələri qoyulub, 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.
Anım mərasimi çərçivəsində D.Həsənov və səfirlik nümayəndələri şəhidin yaxınlarını ziyarət ediblər və onların qayğıları ilə maraqlanıblar.

DAVAM.AZ

“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed