Şrift:
Tiflisdə “Ceyran” milli rəqs ansamblı Azərbaycan xalq rəqslərini ifa ediblər
21.01.2020 [19:35] - Borçalı
Tiflisdəki “Qafqaz Evi”ndə təşkil edilən"Gələcəyə gedən yol" adlı mədəniyyətlərarası beynəlxalq festivalda istedadlı azərbaycanlı qız və oğlanlardan ibarət "Ceyran" milli rəqs ansamblının üzvləri məharətlə çıxış edərək tədbir iştirakçılarının dəfələrlə alqışlarını qazanıblar. Rəqs ansamblının üzvləri Azərbaycan xalq rəqsləri olan “Uzundərə”, “Naz eləmə” bayram rəqslərini uğurla ifa ediblər. Məlumata görə, “Ceyran” milli rəqs ansamblının istedadlı üzvləri beynəlxalq festivalın diplomlarına layiq görülüblər. Qeyd edək ki, Tiflisdə fəaliyyət göstərən azərbaycanlı rəqqas və rəqqasələrdən ibarət “Ceyran” milli rəqs ansamblının rəhbəri Ceyran Qurbanovadır.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed