Şrift:
Kəpənəkçi kəndində “Poeziya Evi” tikiləcək
23.01.2020 [13:20] - Borçalı
Bolnisinin Kəpənəkçi kəndində Xalq şairi Zəlimxan Yaqub adına “Poeziya Evi” tikiləcək. Bu barədə açıqlamasında Gürcüstan parlamentinin keçmiş deputatı, Zəlimxan Yaqub şeirini sevən və onu həmişə təbliğ edən ziyalı Ramiz Bəkirov deyib. R. Bəkirov bildirib ki, “Poeziya Evi”nin tikilməsi məsələsi əvvəllər gündəmdə idi. Təssüf ki, ölkəmizdə vəziyyət qarışıq oduğu zaman bu məsələ bir az arxa plana düşdü. R. Bəkirov bildirib ki, hazırda Kəpənəkçi kəndində “Poeziya Evi”nin tikintisi gündəmdədir: “Biz şairin 70 illiyi ərəfəsində onun əziz xatərəsini əbədiləşdirmək üçün Kəpənəkçi kənd əhalisinin, Gürcüstanda yaşayan ziyalıların imzası ilə Bolnisi rayon rəhbərliyinə kəndimizdə Zəlimxan Yaqub adına “Poeziya Evi” tikmək üçün müraciət etdik. Biz rayon rəhbərliyinə təşəkkür edirik ki, ziyalılarımızın, kənd əhalisinin arzu və istəyini nəzərə alaraq “Poeziya Evi”nin tikintisi üçün torpaq sahəsinin ayrılmasına icazə verildi.
R. Bəkirov bildirib ki, bu tikilini başa çatdırmaq bizim insanlıq borcumuzdur. “Xalq şairi bizim sevdiyimiz böyük şairdir. O, dünyada sevilən şairdir. Biz onu çox sevirik və sabah şairin doğum günü münasibətilə onun 70 illik yubileyini də təntənəli şəkildə qeyd edəcəyik.”
Biz Zəlimxan Yaqub adına “Poeziye Evi”nin tikintisi üçün kənd əhalisi, eləcə də Zəlimxansevərlər ziyalıların imzası ilə Heydər Əliyev Fonduna, şəxsən onun sədri Mehriban xanım Əliyevaya müraciət edəcəyik. Düşünürük ki, “Zəlimxan Poeziya Evi” həm Azərbaycana, həm də Gürcüstana xidmət edəcək.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed