Şrift:
ABŞ Azərbaycanı BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbrik edib
26.10.2011 [11:53] - Gündəm
Departamenti Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ilə bağlı mövqeyini açıqlayıb.

Davam.az-ın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Departamentinin mətbuat xidmətinin rəsmisi bəyanatla çıxış edərək Azərbaycanı 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə bağlı təbrik edib: “Birləşmiş Ştatlar BMT Nizamnaməsində əks edilən prinsiplərinin dəstəklənməsi, Şuranın səmərəliliyi və təsirliyinə töhfə verilməsi və onun beynəlxalq sülh və sabitliyin qorunmasında rolunun artması üçün Azərbaycanla yaxından işləyəcəyinə ümid edir”.

Qeyd edək ki, Azərbaycan oktyabrın 24-də Nyu-Yorkda BMT Baş Məclisinin iclasında gizli səsvermə yolu ilə 155 üzv dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasının iki illik qeyri-daimi üzvü seçilib.

Şura beynəlxalq sülh və sabitliyə dair qəbul edilən qərarlarda veto hüququna malik beş daimi üzv - ABŞ, Fransa, Rusiya, Çin və Böyük Britaniya və iki illik müddətə seçilən on qeyri-daimi üzvdən ibarətdir. Qurumun qaydalarına görə, Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətləri hər ay əlifba sırası ilə bir üzv dövlət tərəfindən həyata keçirilir.

BMT Nizamnaməsinə əsasən, BMT-nin digər tərkib qurumlarının qərarları tövsiyə xarakteri daşıdığı halda, Təhlükəsizlik Şurasının qətnamələrinə üzv dövlətlər tərəfindən mütləq şəkildə əməl edilməlidir.
Bu xəbər oxucular tərəfindən 461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed