Şrift:
Xalq şairi Zəlimxan Yaqubun adına poeziya evinin inşası üçün torpaq sahəsi ayrıldı
19.02.2020 [10:18] - Borçalı
Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun adına anadan olduğu Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb. Bu barədə Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili kənd sakinləri ilə görüşdə bildirib. Gürcüstan parlamentinin sabiq deputatı, ziyalı Ramiz Bəkirov və Bolnisi bələdiyyəsinin nümayəndələri poeziya evinin tikiləcəyi sahəyə baxış keçiriblər və tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.
Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarıqlarını bildiriblər.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed