Şrift:
“Dini radikalizmlə mübarizədə elmin rolu” mövzusunda tədbir keçirilib
20.02.2020 [13:01] - İslam dini
Qax rayonu Zərnə kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qax Rayon İcra Hakimiyyətinin (RİH) və Qax Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə elmin rolu” mövzusunda tədbir keçirilib. Dövlət komitəsindən bildiriblər ki, tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Fərid Muradov, Zərnə kənd tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti vurğulanıb, qeyd edilib ki, dini radikalizmlə mübarizədə ən təsirli metod gənclərin dərin biliklərə yiyələnməsidir. Eyni zamanda, dini fanatizmin və dini radikalizmin mahiyyətindən danışılıb, belə mənfi halların cəmiyyətimizə və mənəvi dəyərlərimizə xələl gətirdiyi vurğulanıb. Gənclərimizin savadlı olmasının, geniş dünyagörüşünə sahib olmalarının yuxarıda sadalanan mənfi halların qarşısının alınmasında və sağlam gəncliyin formalaşmasında önəmli faktor olduğu bildirilib. Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bildirib və onları maraqlandıran suallar cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed