Şrift:
Levon Ter-Petrosyan: “Ermənistanın inkişafı Qarabağ probleminin həllindən asılıdır”
26.09.2012 [10:02] - Gündəm
“Ermənistanın güclü dövlət olmasının yolu Türkiyə ilə münasibətlərin normallaşmasından və Dağlıq Qarabağ konfliktinin həllindən keçir”.
Bu sözləri Ermənistanın keçmiş və ilk prezidenti Levon Ter-Petrosyan deyib.
Ermənistanın müstəqilliyinin 21-ci ildönümü ilə bağlı açıqlama verən müxalif Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, Ermənistan güclü dövlət olmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmalı, Dağlıq Qarabağ problemini həll etməli və korrupsiyanı (fəsade mali) aradan qaldırmalıdır: “Burada tapmaca tapmağa ehtiyac yoxdur. Sadaladığım problemləri həll edin, görün Ermənistan necə dövlət olacaq”.
İndiki prezident Serj Sarkisyanı tənqid edən L. Ter-Petrosyan bu problemlərin həlli üçün siyasi iradə lazım olduğunu söyləyib.
Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed