Şrift:
"Sepah" dünya ölkələri və ÜST-nin İrana göndərdikləri humanitar yardımları oğurlayıb, baha qiymətə xalqa satır
10.03.2020 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus səbəbindən dünyanın müxtəlif ölkələri, eləcə də Ümümdünya Səhiyyə Təşkilatı ötən günlərdə İranda yaşayan xalqlara böyük həcmdə humanitar yardımlar göndəriblər.



Lakin "Sepah" terror təşkilatı bu ağır günlərdə də həmin yardımları oğurlayaraq, qara bazarda baha qiymətlərə satışa çıxarıb.



Aşağıdakı videoda Almaniyanın İran xalqına virusla mübarizə üçün göndərdiyi gigiyenik vasitələrin "Sepah" tərəfindən yüksək qiymətlərə satıldığını nümayiş etdirir:



"Göndərilmiş bütün humanitar köməkləri satışa çıxarıblar. Bu 500 milliqramlıq məhsulu 75000 tümənə (təqribən 9.5 manat-red.) almışam. Bu, Almaniyanın İrana kömək kimi göndərdiyi məhsullardandır", - deyə videoda danışan İran vətəndaşı bildirib.



Bu fakt göstərir ki, Səhiyyə Nazirliyi və digər qurumların rəsmiləri ən ağır gündə belə xalqa göndərilən humanitar yardımlara belə göz dikərək, onları oğurlayıb, "Sepah"la birlikdə satmaqla, öz ciblərini doldurmağı düşünürlər.



Sosial şəbəkələrdə iranlılar Fransanın İrana göndərdiyi humanitar yardımları əks etdirən aşağıdakı fotonu paylaşaraq, axundun orada nə işi ola biləcəyi ilə bağlı rəsmilərə sual ünvanlayıblar. Onlar "Sepah"ın bu köməklərin də oğurlayıb, yarısın İran vətəndaşlarına baha qiymətə satacağını, yarısını da "Həşdəş-Şəbi", Livan Hizbullahı və Yəmən husilərinə göndərəcəyini deyirlər.



İranlılar həmçinin ölkəni koronavirus epidemiyasının bürüdüyü ilk gündən "Sepah"a məxsus "Mahan Air" şirkətinin ciblərini doldurmaq üçün Çinə uçuşları dayandırmamasını da tənqid edirlər. Onlar bu səbəbdən ölkədə koronavirusun yayılmasına görə "Sepah"ı məsul hesab edirlər.
Bu xəbər oxucular tərəfindən 302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed