Şrift:
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunları keçiriləcək
10.03.2020 [11:10] - Gündəm, İdman
Martın 10-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start veriləcək.

İlk oyun günündə Almaniyanın “Leyptsiq” klubu öz meydanında İngiltərənin “Tottenhem” komandasını qəbul edəcək. Bu komandalar arasında İngiltərədə keçirilən görüşdə “Leyptsiq” minimal hesabla qalib gəlmişdi – 1:0. Leyptsiq təmsilçisinə bu oyunda qolsuz heç-heçə də sərf edir. Londonlular isə növbəti mərhələyə çıxmaq üçün rəqib qapısından iki cavabsız top keçirməlidirlər.

Günün digər görüşündə İtaliyanın “Atalanta” klubu səfərdə İspaniyanın “Valensiya” komandasının qonağı olacaq. İlk görüşdə İtaliya səfərindən böyük hesablı (1:4) məğlubiyyətlə qayıdan “Valensiya” öz qapısını toxunulmaz saxlamaqla üç top fərqi ilə qalib gəlməlidir.

Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed