Şrift:
Fransada koronavirus epidemiyasına qarşı mübarizəyə hərbi həkimlər də cəlb olunublar
19.03.2020 [09:27] - Gündəm, Sağlıq
Fransada koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə hərbi həkimlər də cəlb olunublar. Müluz şəhəri yaxınlığında hərbi reanimasiya strukturları, 30 çarpayılıq çadırlar və digər tibbi ləvazimatlar quraşdırılıb.

Ölkənin Şərqində olan Yuxarı Ren (Haut Rhin) departamentinin Müluz şəhərində ağır vəziyyətdə olan pasientlərin ölkənin digər şəhərlərinə daşınmasında da hərbi təyyarələrdən istifadə olunur.

Bir neçə gün əvvəl ölkənin Şərqindəki xəstəxanaların tutumundan çox pasientlər qəbul etdiyi bildirilir və vəziyyətin daha da ağırlaşmasına dair həyəcan təbili çalınırdı. Xəstə axınının səhiyyə müəssisələrinin imkanlarından artıq olması ilə bağlı ciddi vəziyyət yaranıb.

Fransanın sabiq Səhiyyə naziri Anyes Büzen yerli mətbuata müsahibəsində bildirib ki, ölkədə gözlənilən tibbi tsunami ilə bağlı dövlət və hökumət rəhbərlərini yanvar ayında xəbərdar etsə də, ona məhəl qoyulmayıb.
Bu xəbər oxucular tərəfindən 279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed