Şrift:
Paytaxtda 14 oğurluq hadisəsinin üstü açılıb
19.03.2020 [11:07] - Gündəm, Hüquq
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 24 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 7-si əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin 4-ü narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 14 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan iki nəfər tapılaraq ailəsinə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed