Şrift:
Səccad Şəhiri azadlığa buraxılıb – Həbsdə olan digər güney azərbaycanlı fəalların vəziyyəti nigaranlıq doğurur
20.03.2020 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus epidemiyası ilə əlaqədar azadlığa buraxılan məhbuslar arasında daha bir güney azərbaycanlı fəalın adı çəkilir.



Məlumata görə, Səccad Şəhiri 500 milyon tümənlik mülki vəsiqə qarşılığında dünən müvəqqəti olaraq həbsxanadan sərbəst buraxılıb.



Ötən günlərdə türk fəalların ailə üzvləri əzizlərini həbsxanalarda yayılmış koronavirusdan qorumaq üçün səlahiyyətli orqanlara müraciət ediblər. lakin onların bir çoxunun tələbi təmin olunmayıb.



Hazırda Abbas Lisani, Əlirza Fərşi, Lətif Həsəni, Tövhid Əmir Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Yusif Kari, Əli Əzizi və Məhəmməd Əbdülməhəmmədzadə Ərdəbil, Təbriz, Rəcayişəhr və Evin zindanlarında məhkum olunduqları həbs və ya saxlanma cəzalarını çəkməkdədir. Evin həbsxanası, eləcədə Salmas və Urmiya Ettelaat İdarələrinin təcridxanalarında saxlanılan Zeynəb Həmrəng, Ehsan Şükrxudayi, Əmin Vəlizadə və Məlihə Bərqinin vəvizyyəti barədə heç bir məlumat yoxdur.



İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisi ötən günlərdə məhkumluq müddəti 5 ildən az olan məhbusların müvəqqəti azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. Buna baxmayaraq koronavirus təhlükəsi ilə üz-üzə qalan bəzi güney azərbaycanlı fəallar hələ də həbsxanalarda saxlanılır.



Koronavirusun yayıldığı Evin zindanının 4-cü bölümündə Tövhid Əmir Əmini və Kazım Səfabəxş saxlanılır. Hazırda 4-cü bölüm karantin vəziyyətindədir.

Ərdəbil Mərkəzi Zindanının “səlamət” və 1-ci bölümü də karantinə alınıb. 1-ci bölümdə saxlanılan iki məhbusun koronavirusa yoluxduğu üçün xəstəxanaya aparıldığı bildirilir.



Tanınmış güney azərbaycanlı fəal Abbas Lisani və Yusif Kari isə Ərdəbil zindanının karantin bölümündə saxlanılır. Yusif Kari iki il həbsə məhkum olunsa da, o hələ də sərbəst buraxılmayıb.



Şübhəsiz ki, İran məsulları həbsxanada saxlanılan məhbusların taleyinə görə məsuliyyət daşıyır. Bu barədə güney azərbaycanlı fəallar və ictimai xadimlər dəfələrlə xəbərdarlıq ediblər.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed