Şrift:
Təbrizdə yerli məsullardan biri koronavirusdan həyatını itirib
20.03.2020 [12:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Bələdiyyə İdarəsinin güvənlik və yanğınsöndürmə xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə koronavirusdan vəfat edib.



O xəstəliklə bir neçə gün mübarizə apardıqdan sonra cümə axşamı günü günortadan sonra həyatını itirib.



Mərhum Məhəmməd Quluzadə cəmi il yarımdır bu posta təyin olunmuşdur. O bu müddətdə Təbrizdə baş verən yanğınların söndürülməsində böyük canfəşanlıq göstərib, hər kəs onu fədakar insan kimi tanıyır.



Məhəmməd Quluzadə koronavirus epidemiyası ilə bağlı Təbrizdə müxtəlif məkanların dezinfeksiya edilməsində də böyük xidmət göstərib.



Təbriz Tibb Universitetinin məlumatına görə, Şərqi Azərbaycan Əyalətində bu günədək 684 nəfər koronavirusa yoluxub, onlardan 59-u həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed