Şrift:
İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 62 nəfərə yüksəlib
21.03.2020 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İranın Xuzistan əyalətində saxta spirtdən ölənlərin sayı 48 nəfərə çatıb”.



Bu barədə, Əhvazın “Condişapur” adına Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur martın 19-da jurnalistlərlə görüşündə məlumat verib.



Ehsanpur ki, son bir sutka ərzində saxta spitdən zəhərlənən daha 13 nəfər əyalətin tibb mərkəzlərinə müraciət edib: “Təəssüflər olsun ki, dünən daha 3 nəfər saxta spirtdən ölüb, bir nəfər isə görmə qabiliyyətini itirib.



Hazırda saxta spirtdən zəhərləndiklərinə görə xəstəxanalara müraciət edənlərdən 22-sinin müalicəsi davam edir. Onlardan 5-inin səhhəti ağır olduğuna görə reanimasiya şöbələrində həkimlərin nəzarətində saxlanılır” -deyə, Əhvazın “Condişapur” adına Tibb Elmləri Universitetinin sözçüsü Əli Ehsanpur əlavə edib.



Qeyd edək ki, son həftə yarım ərzində İranın Xuzistan əyalətində koronavirusdan qorunmaq üçün alkoqollu içkilərə pənah aparanlardan 600-dən çoxu saxta spirtdən zəhərlənərək xəstəxanalara yerləşdirilib. Onlardan isə 62-si həyatını itirib.



İran Səhiyyə Nazirliyinin martın 20-də yaydığı yeni statistikasına əsasən, ölkədə koronavirusa yoluxanların sayı 19644 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1433 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 268 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed