Şrift:
Həmas İrandan imtina edib
04.10.2012 [11:14] - Gündəm
Fələstində fəaliyyət göstərən «Həmas» silahlı qruplaşma son 20 il ərzində onlara sponsorluq etmiş iki başlıca himayəçisindən – İran və Suriyadan imtina etdiyi haqda bəyanat verib.

«MIGnews»-in məlumatına görə, qurumun lideri Xalid Məşəl buna görə, həm İslam Respublikası, həm də Suriyanın informasiya vasitələrinin hücumuna məruz qalıb. Suriyanı rəsmi dövlət televiziyası Məşəli «satqın», İranın informasiya vasitəli isə «sionizmin casus»u adlandırıb.

«Həmas»-ın qurucularından biri Əhməd Yusif qurumun qərarına Suriya və İranın münasibəti haqda bunları deyib:«Bu sayaq ittihamlar «körpülərin yanması» deməkdir. Onlarla münasibət bərpa ola bilməz».
Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed