Şrift:
Ötən gün ərzində Rusiyada 582 nəfər koronavirus infeksiyasına yoluxub
04.04.2020 [15:19] - Gündəm, Sağlıq
Ötən gün ərzində Rusiyanın 32 regionunda 582 nəfər koronavirus infeksiyasına yoluxub.

Ölkənin koronavirusun yayılması ilə mübarizə üzrə baş qərargahının məlumatına görə, bu, əvvəlki günlə müqayisədə 19 hal azdır. Hazırda koronavirusa yoluxanların ümumi sayı 4731 nəfərə çatıb. Gün ərzində 9 pasiyent ölüb, 52 nəfər sağalıb. Xəstələrin əksəriyyəti – 434 nəfəri Moskva sakinidir. Paytaxtda ümumilikdə 3357 COVID-19 xəstəsi var. Yoluxanların 67-i yaşı 65-dən çox olan insanlar, 14 nəfəri isə uşaqdır.
Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed