Şrift:
İran ABŞ-a sanksiyalara görə növbəti dəfə sərt cavab verib
20.04.2020 [09:50] - Güney Azərbaycan xəbərləri
İran Koreya Respublikası şirkətindən süni tənəffüs aparatları almaq haqqında razılıq əldə etsə də, son anda ləvazimatlar ölkəyə göndərilməyib.

Bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib.

O qeyd edib ki, İran tərəfi şirkətin rəsmi şəxsləri ilə əlaqə saxlayaraq razılaşmaya əməl olunmasını tələb etsələr də, şirkətdən sanksiyaların yükün göndərilməsinə imkan vermədiyi bildirilib.

K.Cahanpur diqqətə çatdırıb ki, ABŞ İranın humanitar yardım və tibbi preparatlar almasına sanksiya tətbiq etmədiyini bildirir. Lakin fakt göz qabağındadır və həqiqət ondan ibarətdir ki, məhz ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində İran koronavirusa yoluxan xəstələr üçün süni tənəffüs aparatı ala bilmir.

Ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə ABŞ Prezidenti Donald Trampın İrana süni tənəffüs aparatı göndərmək təklifinə cavab verib. Nazir bildirib ki, İran 1 aydan sonra süni tənəffüs aparatlarının kütləvi istehsalına başlayacaq. Odur ki, sizin yardımınıza ehtiyacımız yoxdur. Başqa dövlətlərin daxili işlərinə qarışmayın, yetər!”.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed