Şrift:
Misirdə son sutkada koronavirusdan 22 nəfər ölüb
29.04.2020 [10:04] - Gündəm, Sosial
Misirdə son sutka ərzində COVID-19 virusundan rekord sayda - 22 nəfərin öldüyü bildirilir.

Misirin Səhiyyə Nazirliyi ölkədə koronavirusdan həyatını itirənlərin 359 nəfərə çatdığını açıqlayıb. Qeyd olunub ki, aprelin 28-də COVID-19 virusuna 260 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 5042 nəfərə çatıb. Bundan başqa, son sutka ərzində 68 pasiyentin sağaldığı, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayının isə 1324 nəfərə çatdığı bildirilib.

Misirin Baş naziri Mustafa Mədbuli ötən həftə ölkədə COVID-19 virusuna yoluxma hallarının artacağını söyləmişdi. Hökumət Ramazan ayında karantin rejimini yumşaldıb, amma əhaliyə bir yerə toplaşmamaq barədə xəbərdarlıq edilib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədəki 12 karantin xəstəxanasının rəhbərləri ilə keçirdiyi videokonfransda Səhiyyə nazirinə onların zəruri tibbi ləvazimatla təmin edilməsi barədə göstəriş verib.
Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed