Şrift:
İran səfirliyə hücuma görə Britaniyaya 1 milyon 300 min funt sterlinq kompensasiya ödəyib
11.05.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran tələbələrin 2011-ci ilin noyabr ayında Britaniyanın Tehranda akkreditə edilmiş səfirliyinə hücumuna görə rəsmi Londona kompensasiya ödəməli olub.



Bu barədə İran Milli Məclisinin dünən keçirilən plenar iclasında çıxış edən deputat Əhməd Mazəni məlumat verib.



O, ölkənin Britaniyaya kompensasiya verməsini kəskin tənqid edərək, bunu "özbaşınalıq" adlandırıb və Xarici İşlər Nazirliyindən məsələ ilə əlaqədar izahat tələb olunmasını zəruri saydığını deyib.



Millət vəkilinin sözlərinə görə, 1 milyon 300 min funt (27 milyard tümən- red.) hücum zamanı məhv edilmiş bir neçə incəsənət əsərinə görə Britaniya tərəfinə ödənilib.



Qeyd etmək lazımdır ki, İran rejiminin muzdurları olan bir qrup tələbə 29 noyabr 2011-ci il tarixində Britaniyanın Tehrandakı səfirliyinə hücum çəkmişdilər. Onlar həmin əsnada İngiltərə bayrağını və Kraliça Elizabetin şəklini cırmaqla yanaşı, səfirliyə məxsus sənədləri oğurlamış və 6 diplomatı girov götürmüşdülər.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed