Şrift:
Kukla Teatrı “Göy saqqal” tamaşasını onlayn nümayiş etdirəcək
13.05.2020 [15:05] - Xəbərlər, Afişa, Mədəniyyət
Mayın 17-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən məşhur Fransa yazıçısı Ş.Perronun nağılının motivləri əsasında hazırlanan “Göy saqqal” tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı Sənubər Səmədova, bəstəkarı Cahangir Zülfüqarovdur.

Bu heyranedici tamaşada Göy saqqal ləqəbli hiyləgər və qəddar kişinin cavan arvadı öz qorxusuzluğu, cəldliyi, əsl qadın ağılı və fərasəti sayəsində ərinin dəhşətli sirrinin üstünü açır və bu qorxunc cinayətkara qalib gəlir.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12-də yayımlanacaq.
Bu xəbər oxucular tərəfindən 6203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed