Şrift:
Fox News: “İran Suriyanın şərqində yeni hərbi tunel qazmaqdadır”
14.05.2020 [15:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İran rejimi Suriyanın şərqində yeni bir hərbi tunel qazmaqdadır”.



Bu barədə, “Fox News” telekanalı peykdən çəkilmiş şəkillərə və bununla bağlı siyasi təhlillərə istinadən məlumat yayıb.



“Fox News”un yaydığı məlumatda bildirilir ki, İran hökumətinin Suriyada qazdığı tunellər inkişaf etdirilmiş hərbi sistemləri özündə yerləşdirməyə qadirdir: “İran rejimi Suriyanın şərqində yeni bir hərbi tunel qazmaqdadır. “İmageSat international” özəl peyk şirkətinin çəkdiyi şəkillər göstərir ki, Suriyanın şərqində İran tərəfindən qazılmış tunellər inkişaf etdirilmiş hərbi sistemləri daşıyan maşınları depolamağa qadirdir.



İki mil uzaqda yerləşən bu tunellərə oxşar başqa bir tunel mart ayında İsrail qırıcıları tərəfindən bombardman edildikdən sonra, Suriyada fəaliyyət göstərən İran qüvvələri tunelin tikintisini dərhal dayandırmaq məcburiyyətində qaldılar.



İsrail ordusu bundan əvvəl dəfələrlə Suriyada İranın hərbi mövqelərini hədəfə alıb. Məhz həmin hva zərbələrinə görə də, hazırda İran Suriyadakı hərbi fəaliyyətini azaltmaqdadır.



Lakin, “İmageSat international” özəl peyk şirkətində çalışan bir təhlilçinin bildirdiyinə görə, peykdən çəkilmiş şəkillər və yeni tunelin qazılması, İranın həmin bölgədə hərbi əməliyyatlarını yenə davam etdirmək niyyətində olduğunu sübut edir” -deyə, “Fox News” telekanalının yaydığı məlumatında bildirilir.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed