Şrift:
Vesti.az erməni təbliğatına imkan vermədi
17.10.2012 [11:13] - Gündəm
Dünən vesti.az saytında yayımlanmış “Ukrayna KİV-i Ukraya vətəndaşlarını “DQR”-də pul xərcləməyə dəvət edir” adlı yazıya reaksiya gəlib.

Yazıda adı keçən Ukraynanın travel.tochka.net saytı etdiyi yanlışlığa görə Azərbaycan xalqından üzr istəyib. Adıgedən yazı saytdan dərhal çıxarılıb.

Xatırladaq ki, tochka.net portalına daxil olan və əsasən turizm və səyahətlər mövzusunda yazan travel.tochka.net saytında Dağlıq Qarabağa turizm səfərləri reklam olunub və bu ərazi Azərbaycan ərazisi kimi göstərilməyib.

Bu gün Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev vesti.az-la əlaqə saxlayaraq bildirib ki, səfirlik tochka.net portalının rəhbərliyi ilə əlaqə saxlayaraq, onlara Azərbaycanın mövqeyini çatdırıb.

Babayevin dediyinə görə, saytın rəhbərliyi üzr istəyib və bildirib ki, Dağlıq Qarabağla bağlı saytda gedən fraqmentlər silinəcək. Az keçmiş həqiqətən də yazı saytdan yığışdırılıb.
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed