Şrift:
Ermənistanda koronavirusdan ölənlərin sayı artıb
23.05.2020 [13:51] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda son 24 saat ərzində koronavirusa yoluxanların sayı kəskin artıb.

Son sutka ərzində Ermənistanda 374 nəfər COVID-19 virusuna yoluxub. Daha 3 nəfər bu virusdan ölüb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Ermənistanda virusa yoluxanların sayı 6302 nəfərə yüksəlib. Ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 77-yə çatıb.

Hazırda Ermənistanda 3257 aktiv koronavirus xəstəsi var.
Bu xəbər oxucular tərəfindən 292 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed