Şrift:
Avrokomissiya Ermənistan aviaşirkətlərini “qara siyahı”ya daxil edib
03.06.2020 [14:25] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Avropa Komissiyası Ermənistan aviaşirkətlərini “qara siyahı”ya daxil edib. Avrokomissiyanın qərarı ilə Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşları da qadağan olunub.

Qadağa şirkətlərin fəaliyyətinin beynəlxalq təhlükəsizlik üzrə standartlara cavab vermədikləri üçün tətbiq edilib.

Avropa Komissiyasının “qara siyahı”sına Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil olunub.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed