Şrift:
Ukraynada son sutkada 553 nəfər koronavirusa tutulub, 15-i isə ölüb
05.06.2020 [11:48] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxma hallarında artım qeydə alınmaqdadır. Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada Ukraynada 553 nəfər koronavirusa yoluxub, 15 nəfər isə ölüb, 330 xəstə tam müalicə olunaraq evə buraxılıb.

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 25 min 963 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 762 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 11010-u müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed