Şrift:
ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib
18.06.2020 [12:12] - Xəbərlər, Hüquq
ABŞ Suriya Prezidenti Bəşər Əsədə və onun xanımı Əsma Əsədə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ-ın dövlət departamentinin rəhbəri Maykl Pompeo bəyanatla çıxış edib.

O bildirib ki, Suriya Prezidenti və xanımı daxil olmaqla 39 rəsmi şəxsə qarşı sanksiyalar tətbiq olunub. Bununla yanaşı, Suriya hökuməti ilə iş birliyində olan şirkətlər və dövlətlər də sanksiyalara məruz qalacaq.

Qeyd edək ki, ABŞ-ın bu qərarı Suriyanın Baş Naziri Hüseyn Ərnus İranda səfərdə olarkən verilib. Baş Nazir İran rəsmiləri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

İran ABŞ-ın bu qərarını beynəlxalq hüquqa zidd olduğunu bəyan edib və bundan sonra da Suriyanı dəstəkləyəcəyini bildirib.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed