Şrift:
Bu gün İspaniyaya 100 aviareys həyata keçiriləcək
21.06.2020 [18:21] - Gündəm, Sosial
Bu gün İspaniya Portuqaliya istisna olmaqla, Şengen zonası ölkələri ilə sərhədlərinin açılışından sonra 100 aviareys gözləyir.

Bu barədə ölkənin Nəqliyyat, Mobillik və Şəhər məsələləri üzrə naziri Xose Luis Abalos bəyan edib.

İyunun 21-dən başlayaraq İspaniya Portuqaliya istisna olmaqla, Şengen ölkələri üçün sərhədlərini açır. Şengen zonasına daxil olmayan ölkələr üçün isə reyslər iyulun 1-dən başlayaraq tədricən həyata keçiriləcək.

Səhiyyə naziri Salvador İlyanın sözlərinə görə, İspaniyada ölkəyə gələnlər üçün əvvəlcədən üçqat nəzarət icra ediləcək. Buraya sənədlərin yoxlanması, bədən hərarətinin ölçülməsi və vizual nəzarət daxildir. Əgər bu üç ilkin yoxlama icra olunmazsa, o halda gələn şəxs tibbi yoxlamadan keçməlidir. Bu tədbirlər Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ilə razılaşdırılıb.

Xose Luis Abalos, həmçinin qeyd edib ki, sərhədlərin əvvəlcə Avropa ilə, daha sonra digər ölkələrlə açılışı İspaniya iqtisadiyyatı üçü əsas məsələdir.
Bu xəbər oxucular tərəfindən 459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed