Şrift:
Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələr ölkəmizə gətiriləcək
24.10.2012 [11:25] - Gündəm, Mədəniyyət
Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələrin Almaniyadan ölkəmizə gətirilməsi və ana dilimizə tərcümə olunması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, yaxın günlərdə Almaniyada saxlanılan ilk mənbələrin öyrənilməsi və ölkəmizə gətirilməsi layihəsi çərçivəsində bir qrup tarixçi Almaniyaya ezam ediləcək.

Almaniyanın elmi-tədqiqat müəssisələri və arxivləri arasında genişləndirilmiş elmi əməkdaşlıq çərçivəsində Azərbaycan tarixinə dair mühüm əsərlərin alman dilinə tərcümə edilməsi planlaşdırılır. Azərbaycan - Almaniya qarşılıqlı əlaqələri tarixinin birgə araşdırılması və birgə elmi konfransların keçirilməsi, gənc tarixçilərimizin Humboldt fonduna namizədliklərinin irəli sürülməsi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed