Şrift:
Ermənistanda koronavirusa yoluxanların sayı 24 minə çatır
27.06.2020 [12:52] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistanda son 24 saat ərzində daha 662 nəfər koronavirusa yoluxub, 10 nəfər isə pandemiyanın qurbanı olub.

Bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 23 min 909 nəfər təşkil edir. Bu virusdan ölənlərin sayı isə 420 nəfərə yüksəlib.

Hazırda Ermənistan xəstəxanalarında 10 min 445 nəfər COVID-19 virusundan müalicə olunur.
Bu xəbər oxucular tərəfindən 4725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed