Şrift:
Güney azərbaycanlı müəllim Bəhmən Nəsirzadənin bəraət hökmü ləğv edilib
07.07.2020 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“İftira və yalan yayma”da günahlandırılan Nəsirzadəyə daha öncə məhkəmə tərəfindən bəraət hökmü verilmişdi. Sarab sakini olan milli fəalın dosyesinə bəraət hökmünü ləğv edən Maku Cəza Məhkəməsinin 2-ci şöbəsi baxacaq.





Qeyd edək ki, azərbaycanlı müəllim daha öncə İranın təhsil nazirinə məktub yazaraq dərs kitablarında anti-türk və anti-Azərbaycan mətləblərin olduğuna etiraz etdiyi üçün 2 il Zəncan yaxınlığında olan Qeydar (Xudabəndə) şəhərinə sürgünə məhkum edilmişdi.





Nəsirzadə “Azərbaycanın dilbər guşəsi Daşmakıdan neçə şair”, “Tomirs ana”, “Arazın seçilmiş əsərləri” və “3 dilli Araz lüğəti” kimi əsərlərin müəllifidir.





O, Azərbaycan türk millətinin milli-mədəni haqlarının bərpası üçün fəaliyyətlərinə görə dəfələrlə təzyiqlərə məruz qalıb, mühakimə edilərək həbs edilib.
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed