Şrift:
İranda petrokimya zavodunda yanğın baş verib
13.07.2020 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zavodun ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, günorta saatlarında başlayan yanğın bir neçə saat ərzində söndürülüb.


Yerli media orqanları hadisənin günorta saat 5 radələrində neft məhsullarının sızması nəticəsində baş verdiyini bildirirlər.


Hadisə nəticəsində mümkün insan təlafatı, eləcə də zavoda dəyən zərərlə bağlı məlumat verilmir. Lakin yanğının müəssisənin fəaliyyətində müəyyən axsamalar yaratdığı deyilir.


Qeyd etmək lazımdır ki, son günlər ərzində İranın bir neçə mühüm hərbi və sənaye müəssisəsində partlayış və yanğın baş verib. Hələlik həmin hadisələrin baş vermə səbəbləri detallı olaraq İran ictimaiyyətinə açıqlanmır.
Bu xəbər oxucular tərəfindən 356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed