16.07.2020 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbi məlumat verib. Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 361 nəfərinin COVID-19 testi pozitiv çıxıb. O bildirib ki, son 24 saatda infeksiyaya yoluxmuş daha 124 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər dünyasını dəyişib.
Qərargahın müavini Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 596 nəfərə çatdığını bildirib.
“İnfeksiyaya yoluxanlardan 166 nəfər reanimasiya şöbəsində müalicə alır. Onların 45 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Mühibbi qeyd edib.
Zəncan əyalətində də son 24 saatda daha 41 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 2 min 288 nəfərə çatdığını bildirib.
O əlavə edib ki, bu rəqəm sadəcə COVID-19 testi pozitiv çıxanları əhatə edir və əyalətdə bu günə kimi 7 min 35 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.
Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 225 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1823 nəfərinin tam sağaldığını bildirib.
Qızılbaş həmçinin qeyd edib ki, hazırda 653 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.
Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda 53 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 266 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 42 nəfəri reanimasiya şöbəsindədir.
Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayi son 24 saatda əyalətdə daha 3 nəfərin koronavirusdan öldüyünü bildirib.
Həmədan əyalətində də Tibb Universitetinin rektor müavini İbrahim Cəlilinin verdiyi məlumata görə, hər gün orta hesabla 120 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilir.
Cəlili Güney Azərbaycanın bu əyalətində 600 koronavirus xəstəsinin xəstəxanalarda müalicə aldığını bildirib.

Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |